Lisenziyaların, İcazələrin və Yoxlamaların Optimallaşdırılması üzrə Altqrup üzvlərinin görüşü keçirilib
Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq Fəaliyyətinə Maneələrin Aradan Qaldırılması və Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İşçi Qrupu tərəfindən təşkil olunan Lisenziyaların, İcazələrin və Yoxlamaların Optimallaşdırılması üzrə Altqrup üzvləri görüş keçiriblər.
Görüşdə Qrupun fəaliyyətinin tənzimlənməsi üçün müvafiq Koordinasiya Qrupunun yaradılması, üzvlərin seçilməsi, kommunikasiyanın qurulması və sair kimi məsələlər həllini tapıb.
Altqrupun üzvləri economicreforms.gov.az elektron platforması ilə bağlı öz təkliflərini səsləndiriblər və seçim kriteriyaları ilə tanış olublar.
Sonra Lisenziyaların, İcazələrin və Yoxlamaların Optimallaşdırılması üzrə Altqrupun Koordinasiya Qrupuna seçimlər baş tutub və 13 nəfər Koordinasiya Qrupuna üzv seçilib.
Koordinasiya Qrupunun üzvləri arasında keçirilən səsvermə nəticəsində “ADL Azərbaycan” şirkətinin direktoru Mövlan Paşayev Koordinasiya Qrupunun rəhbəri seçilib.