Maliyyə və bank xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup üzvlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq Fəaliyyətinə Maneələrin Aradan Qaldırılması və Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İşçi Qrupu tərəfindən təşkil olunan Maliyyə və bank xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrup üzvləri görüş keçiriblər.

Görüş zamanı Altqrupun fəaliyyət prinsipləri, qarşıya qoyulan vəzifələr geniş şəkildə müzakirə olunub, fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib. Sahibkarlara economicreforms.gov.az elektron platformasının funksional imkanları və texniki istifadəsi barədə təqdimat nümayiş etdirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

Daha sonra Koordinasiya Qrupuna üzvlərin seçilməsi ilə bağlı təlimat təqdim olunub və namizədliyini irəli sürən sahibkarların qeydiyyatı həyata keçirilib və tərkibi müəyyən edilib.

Sonda Altqrupun Koordinasiya Qrupunun üzvlərinin səsverməsi ilə "Azərbaycan Kapital Bazarları Assosiasiyası"nın Direktorlar Şurasının sədri Orxan Bağırov Qrupun rəhbəri seçilib.

ŞəkilŞəkilŞəkilŞəkilŞəkil

Xəbərlərə abunə olun

Abunə yazılmaqla yeniliklərdən həmişə xəbərdar olacaqsınız