Monitorinq və hesabatlılıq üzrə Altqrup üzvlərinin görüşü keçirilib
Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq Fəaliyyətinə Maneələrin Aradan Qaldırılması və Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İşçi Qrupu tərəfindən təşkil olunan Monitorinq və hesabatlılıq üzrə Altqrup (İşçi qrupun Katibliyi statusunda) üzvləri görüş keçiriblər.
Görüş zamanı Altqrupun fəaliyyət prinsipləri, qarşıya qoyulan vəzifələr geniş şəkildə müzakirə olunub, fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib. Sahibkarlara economicreforms.gov.az elektron platformasının funksional imkanları və texniki istifadəsi barədə təqdimat nümayiş etdirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.
Daha sonra Koordinasiya Qrupuna üzvlərin seçilməsi ilə bağlı təlimat təqdim olunub və namizədliyini irəli sürən sahibkarların qeydiyyatı həyata keçirilib və tərkibi müəyyən edilib.
Sonda səsvermə yolu ilə Altqrupun Koordinasiya Qrupuna rəhbərlik İnkişaf Korporasiyasının direktoru Şamil Süleymanlıya həvalə edilib.