Tikinti və Kommunal İnfrastruktura Qoşulma üzrə Altqrup üzvlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının İqtisadi Şurasının Sahibkarlıq Fəaliyyətinə Maneələrin Aradan Qaldırılması və Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İşçi Qrupu tərəfindən təşkil olunan Tikinti və Kommunal İnfrastruktura Qoşulma üzrə Altqrup üzvləri görüş keçiriblər.

Görüşdə Qrupun fəaliyyətinin tənzimlənməsi və qarşıya qoyulan vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb və bəzi qərarlar qəbul olunub. Qrupda iştirak edən sahibkarlara economicreforms.gov.az elektron platformasının təqdimatı, texniki cəhətdən istifadə qaydaları izah olunub bu sahədə suallar cavablandırılıb.

Qrup üzvləri tikinti və kommunal infrastruktura qoşulma ilə bağlı qarşılaşdıqları müxtəlif çətinliklər və problemlər barədə fikir mübadiləsi aparıblar, təkliflərini irəli sürüblər.

Sonra Altqrupun Koordinasiya Qrupuna seçimlər üzrə Təlimatla tanış olan üzvlər arasında öz namizədliyini irəli sürən sahibkarlar qeydiyyatdan keçiblər. Səsvermə yolu 13 nəfər Koordinasiya Qrupunun üzvü seçilib.

Koordinasiya Qrupunun üzvləri arasında keçirilən səsvermə nəticəsində Tikinti və Kommunal İnfrastruktura Qoşulma üzrə Altqrupun Koordinasiya Qrupunun rəhbəri funksiyası Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının sədri Ramiz İsayevə həvalə olunub. R.İsayev qarşıya qoyulan vəzifələrin həlli istiqamətində bütün səylərini səfərbər edəcəyini bildirib.

 

Xəbərlərə abunə olun

Abunə yazılmaqla yeniliklərdən həmişə xəbərdar olacaqsınız