Rəqəmsal təqvim
Sənaye sahəsində sahibkarlıq fəaliyyəti üzrə müvafiq Altqrupun görüşü
Azərbaycan Respublikasının İqtisadi Şurası tərəfindən yaradılmış “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupu”nun müvafiq Altqrupunun fəaliyyətinin təşkili məqsədilə Sizi aşağıda qeyd olunan tarixdə keçiriləcək görüşə dəvət edirik.
Görüş zamanı Altqrup üzrə 20 nəfərdən çox olmamaqla Koordinasiya qrupunun seçilməsi və “Koordinasiya qrupunun fəaliyyəti üzrə Təlimat”a uyğun olaraq qarşıda duran məsələlərin müzakirəsi nəzərdə tutulur.
📍 Məkan: Landmark III, mərtəbə -1 Qaya zalı
📍Ünvan: Nizami 90 A